“Telegram”ın yaradıcısı Pavel Durovun Fransadakı həbsindən və girov müqabilində azadlığa buraxılmasından sonra istifadəçilər həyəcanla messengerin işində mənfi dəyişiklər gözləyirdi.
Durov müsahibəsində istifadəçiləri sakit etməsinə baxmayaraq, “Telegram”ın qaydalarında məxfiliklə bağlı ciddi dəyişiklik aşkar edilib.
Belə ki, “Telegram”ın Tez-tez Verilən Suallar (FAQ) bölməsinin yenilənməsi nəticəsində messencerdəki bütün çatların məxfi olması ilə bağlı məlumatlar yoxa çıxıb.
Çıxarılan cümlə budur: Bütün Telegram çatları və qrup çatları onların iştirakçıları arasında məxfidir. Biz onlarla bağlı heç bir sorğuya baxmırıq.
Belə çıxır ki, “”Telegram”da yazışma və qrup çatları artıq qizli və məxfi deyil və bu kontentlə üçüncü tərəflərlə bölüşməyə imkan yaradılıb?
Pavel Durov məsələyə hələ aydınlıq gətirməyib.