Hər il sentyabrın əvvəlində İtaliyanın Komo gölünün sahilində yerləşən Cernobbio şəhərində keçirilən Ambrosetti Forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev nitq söyləyib.
Azərbaycan 20 faiz ərazisinin uzun illər Ermənistanın işğalı altında olduğunu və 2-ci Qarabağ müharibəsində torpaqların azad edildiyini xatırladan Əliyev, “Biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu gün Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına nəzər saldıqda bunun mümkün olduğunu görürük. Sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb. Ümid edirik ki, danışıqlar sülh sazişinin imzalanması ilə nəticələnəcək”, – deyib.
Bakı-Roma əlaqələrinə toxunan prezident İlham Əliyev onların strateji müttəfiq olduqlarını və İtaliyanın Azərbaycanın bir nömrəli kommersiya tərəfdaşı olduğunu bildirib. Əliyev 2023-cü ildə Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin 16 milyard dollar olduğunu və bu rəqəmin arta biləcəyini bildirib.
Enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyi ilə bağlı olduğunu deyən preident, “Bu gün Azərbaycan 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Avropa Birliynə (AB) üzv olan 7 ölkə Azərbaycandan təbii qaz alır. Bu səbəbdən AB Komissiyası Azərbaycanı Avropanın qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Biz hazırda daha üç Avropa ölkəsi ilə təbii qazla bağlı danışıqlar aparırıq”, – deyib.