AZ

“Günəşli” yatağında qalıq karbohidrogen potensialı yenidən qiymətləndiriləcək

SOCAR və “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair Saziş imzalanıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, sazişi SOCAR-ın “Azneft” İB-nin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.

Məlumata görə, sənəd “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

Seçilən
163
2
apa.az

3Mənbələr