Türkiyəli futbolçu Yusuf Yazıcı karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə HİTC portalı məlumat yayıb.
Premyer Liqa təmsilçiləri “Mançester Yunayted”, “Tottenhem”, “Aston Villa” və “Nyukasl” 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Yusufun son klubu “Lill” olub. Hazırda azad agent statusu daşıyan futbolçu ötən mövsüm 42 oyunda 12 qol vurub. O, Türkiyə yığmasının da üzvüdür.