AZ

Gənclərimiz niyə xarici ölkələrdə oxumağa üstünlük verir? - ABŞ-DA YAŞAYAN MÜTƏXƏSSİZ SƏBƏBLƏRİNİ AÇIQLAYIR

Hər il minlərlə tələbə xaricdə təhsil almaq üçün başqa ölkələrə üz tutur. Bəziləri vətənizimdə dövlət universitetlərinə qəbul ola bilməyib xaricə üz tutsa da, bir qism tələbə isə keyfiyyətli təhsili üstün tutaraq xarici ölkələrdə təhsilini davam edir. Bəzən elə olur ki, gənclər təhslini başa vurduqdan sonra ölkəyə belə qayıtmırlar.

Məsələ ilə bağlı hazırda ABŞ-da bank sektorunda çalışan azərbaycanlı mütəxəssis Şamxal Bağışov Hurriyyet.az-a açıqlamasında bildirdi ki, Azərbaycan gənclərinin xaricə üz tutmasının bir neçə əsas səbəbi var:

“Birincisi, xarici universitetlərin təhsil səviyyəsi və tədris metodikaları daha müasir və dünyəvi standartlara uyğun olduğu üçün, gənclərimiz burada daha keyfiyyətli təhsil almağa can atırlar. Eyni zamanda, xaricdə təhsil almaq gənclərə müxtəlif mədəniyyətlər və fərqli perspektivlər tanıma imkanı yaradır ki, bu da onların şəxsi və peşəkar inkişafına müsbət təsir göstərir”.

Şamxal Bağışov vurğulayır ki, onun özü də bu səbəblərlə xaricdə təhsil almaq qərarına gəlib:

“Türkiyədə bakalavr təhsili aldım, daha sonra isə İtaliyada, Roma Sapienza Universitetində magistr təhsilimi başa vurdum. Bu təcrübə mənə həm akademik, həm də mədəni baxımdan genişlənməyə kömək etdi. Məsələn, xaricdəki təhsil müəssisələrindəki ixtisaslaşma və araşdırma imkanları, eləcə də qlobal əmək bazarına çıxış imkanları Azərbaycanda əldə etməkdə çətinlik çəkdiyim bəzi bilik və bacarıqları inkişaf etdirməyimə şərait yaratdı.

Bu səbəblərdən dolayı, Azərbaycan gəncləri də ali təhsil üçün xarici ölkələrə üz tuturlar. Xarici təhsil həm şəxsi, həm də peşəkar inkişaf üçün böyük imkanlar yaradır və qlobal səviyyədə rəqabət qabiliyyətini artırır”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
hurriyyet.az

1Mənbələr