“Rusiya prezidenti Vladimir Putinin nə vaxtsa Ukraynada hərbi cinayətlərə görə mühakimə olunacağına inanırsınızmı?”.
Azpost.info xəbər verir ki, bu sual BCM-nin prokuroru Kərim Xana ünvanlanıb.
Prokuror buna inandığını bildirib: “Tribunalın Yuqoslaviya prezidenti Slobodan Miloşeviç, bundan başqa, Karaciç və Mladiçin həbsinə order verilməsini istəyəndə insanlar güldülər. Tarix göstərdi ki, keçmişdə öz ölkələrində və regionda böyük gücə malik olan bu insanlar müttəhimlər kürsüsündə əyləşdilər”.
Prokurorun sözlərinə görə, kimsə hüdudsuz səlahiyyətdən istifadə edərək istədiyini edirsə, onun manevr imkanları daralır”.
BCM 2023-cü ilin martında Putinin həbsinə order verib. Rusiya prezidentimüharibə cinayətində şübhəli bilinir.
Azpost.info