AZ

Azərbaycanda da virusa qarşı vaksin ehtiyatı görülməlidir — İnfeksionistdən AÇIQLAMA

Meymunçiçəyi virusunun yayıldığı ölkələrə vaksinlər paylanılacaq. Birləşmiş Ərəb Əmirlikləri bu təşəbbüsü gündəmə gətirib. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişi ilə yoluxucu xəstəliyin yayıldığı beş Afrika ölkəsinə vaksinlər göndəriləcək. Konqo Demokratik Respublikası, Kamerun, Fil Dişi Sahili, Nigeriya və Cənubi Afrika Respublikası vaksinlərlə təmin olunacaq. Peyvəndlərin dəqiq sayı barədə məlumat yoxdur. 
İnfeksionist Mərdan Əliyev virusdan əziyyət çəkən ölkələrə pulsuz vaksin paylanmasını müsbət hesab edir:



“Çünki Afrika ölkələrində bu virus çox yayılıb. Meymunçiçəyi endemik xəstəlikdir. Afrika ölkələrində insanlara vaksin vurularsa, yoluxma halları aradan qalxarsa, dünyanın digər bölgələrində də xəstəliyin yayılmasının qarşısı alınar. Həmin ölkələrdə insanların vaksin olunması həyati əhəmiyyət daşıyır”.

Azərbaycanda da meymunçiçəyinə qarşı vaksinlərin alınması məsələsinə M.Əliyev münasibət bildirib:

“Təbii ki hər bir ölkədə ehtiyat üçün vaksinlərin saxlanılması yaxşı haldır, çünki yoluxma sayı az da olsa, şübhəli yoluxmalar zamanı peyvəndləmə yoluxmanın artmasının qarşısını alır. Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Amma düşünürəm ki, ölkədə müəyyən sayda vaksinin olması qabaqlayıcı tədbirlər görülməsi baxımından lazım ola bilər”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
132
demokrat.az

1Mənbələr