AZ

Batil inancların şirkə sürüklədiyi insanlar: “Peyğəbərimiz buyurub ki, gözmuncuğu asan Allaha şərik qoşmuş olur”

“Bəzi bölgələrdə hətta nəzərdən qorunmaq üçün at nalından istifadə edirlər. Həmin nal atın ayağına yaramır, bəs necə insanı gözdən qorusun?”

Bu fikirləri kütlələr arasında geniş yayılmış batil inanclar barədə danışan ilahiyyatçı Yaşar Qurbanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dinizimizdə  “önümdən qara pişik keçdi” və yaxud bayquş qapıya qondu” kimi uğursuzluğa inanmaq deyə bir şey yoxdur:

“Bunlar hamısı batil inanclardır. Belə edən insanlar çox böyük günah içərisinə girirlər. Çünki həmin insanın Allaha imanı zəifdir. Belə şeylərə görə uğursuzluq gözləmək cahilliyyətdir. Xüsusən də bəzi insanlar nəzərdən qorunmaq üçün gözmuncuğundan istifadə edirlər. Bu, ümumiyyətlə, Allaha şərik qoşmaqdır. Peyğəbərimiz buyurub ki, kim gözmuncuğu asarsa, Allaha şərik qoşmuş olur. Bu, doğru deyil. Belə şeylərin dinimizdə heç bir mahiyyəti yoxdur. Yaxud ağaca yaylıq bağlayıb arzusunun yerinə yetməsini gözləmək kimi batil inanclar da Allaha şərik qoşmaqdır. Peyğəmbərimiz: “Kim gözmüncuğu asarsa, Allah onu muradına çatdırmasın”, – deyə buyurub. Çünki bunu asan, ağaca yaylıq bağlayan insan qəlbini Allahdan başqa şeylərə bağlamış olur.

Y.Qurbanov qeyd edib ki, bəzi insanlar hətta gözmuncuğunu uşaqların üzərinə də asırlar və sonra da uşağın niyə ağladığını sual edirlər:

“Çünki siz qəlbinizi Allaha deyil, daş parçasına bağlamısınız. Bəzi bölgələrdə hətta nəzərdən qorunmaq üçün at nalından istifadə edirlər. Həmin nal atın ayağına yaramır, bəs necə insanı gözdən qorusun? Ona görə də Peyğəmbərimiz buyurub ki, kim qəlbini belə şeylərə bağlayarsa, Allah onu tərk edər. Allah tərk etdikdən sonra insanı kim qoruya bilər? Belə şeylər yanlış addımlardır. Allahdan başqa ruzi-bərəkət, şəfa verən, qoruyan və zərər verən yoxdur. Bu da sadəcə avam insanların inanclarıdır. Hər bir şeyi Allahdan istəyib ona dua etmək lazımdır”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
yenicag.az

1Mənbələr