"Benfika"nın yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komanda portuqaliyalı mütəxəssis Bruno Lajeyə tapşırılıb. Onunla 2026-cı ilin yayınadək müqavilə imzalanıb.
48 yaşlı Laje 2019-cu ilin yanvarından 2020-ci ilin iyun ayına qədər də "Benfika"ya baş məşqçilik edib. O, daha əvvəl 6 ay "Benfika B"yə rəhbərlik edib.
Qeyd edək ki, Lajedən əvvəl "Benfika"nın baş məşqçisi sentyabrın 1-də "Moreyrense" ilə 1:1 hesablı heç-heçədən sonra klubu tərk edən Rocer Şmidt olub.