Ali Radanın deputatı Aleksey Qonçarenko Ukraynanın müdafiə naziri Rustem Umerovun istefasını tələb edib.
"Unikal" xəbər verir ki, millət vəkili öz "Telegram" kanalında bu barədə yazıb.
Qonçarenko Umerovu “bacarıqsız” adlandırıb, bildirib ki, o, “dünən işdən çıxarılmalı idi” və onun fəaliyyətinin hər günü “Ukrayna üçün çox, çox pis nəticələr verəcək”.
"O, yaxşı oğlandır. İngilis dilini bilir. Amma nazirlik səviyyəsi bir az fərqlidir”, - Qonçarenko yazıb.
Gülayə Mecid