AZ

Polşa millisinin 19 yaşlı üzvü "Fənərbağça"nın hədəfində

Kristian Medina transferi üçün hələ də "Boka Xuniors"la anlaşa bilməyən "Fənərbaxça" alternativ adlara müraciət etməyə başlayıb. Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu baxımdan sarı-göylülər gözünü Kasper Urbanskiyə dikib. "Fənərbağça"nın 19 yaşlı yarımmüdafiəçi üçün "Bolonya"nın qapısını döyəcəyi bildirilir. Dünən axşam Polşanın Şotlandiyanı 3-2 hesabı ilə məğlub etdiyi matçda Kasper Urbanski "Fənərbağça"nın futbolçusu Sebastian Şimanski ilə birlikdə yarımmüdafiədə çıxış edib.

Bolonya ilə müqaviləsinin son ilində olan 19 yaşlı Kasper Urbanski hələ də yeni müqavilə imzalamayıb.

Seçilən
90
metbuat.az

1Mənbələr