AZ

Məşhur şirkət tam elektirik avtomobil istehsalı planından imtina etdi

Böyük istehsalçıların bir-birinin ardınca elektromobil istehsalı planında dəyişiklik etməsi artıq normaya çevrilib. İstehsalçıların 2023-cü ildəki bəyanatlarını son aylardakı ilə tutuşdursaq bu sahədəd böyük pessimizmin olduğunun görərik. 

Avtosfer.az xəbər verir ki, Volvo şirkəti də planlarına dəyişiklik edib. Şirkət 2030-cu ilədək daxiliyanma mühərrikli avtomobillərin istehsalını dayandıracağını deyirdisə, indi plan dəyişib. Şirkət sözügedən tarixədək 90% elektrikləşmə planlaşdırır. Qalan hissə əsasən hibrid modellərdən ibarət olacaq. 

Səbəbə gəlincə: Norveçdə elektromobil satışı çox uğurlu getsə də, digər bazarlarda geriləmə müşahidə olunur. Şirkət bazarı nəzarətdə saxlamaq üçün planlarına dəyişiklik edir.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
avtosfer.az

1Mənbələr