Çinin cənubu son on ilin ən güclü tayfunu səbəbindən külək və leysan yağışları ilə üzləşib.

İndex.az xəbər verir ki, 400 mindən çox sakin ehtiyat tədbiri olaraq materikdən cənubda yerləşən turizm adasından Haynandan təxliyə edilib.

Yerli vaxtla saat 16:20 radələrində Haynan ərazisinə çatan “Yagi” super qasırğasının ölkənin cənubunda təsirli olacağı gözlənilir. Məktəblərin bağlandığı bölgədə qatar, avtobus, gəmi xidmətləri və uçuşlar iki gün təxirə salınıb.

Bu həftə Filippində böyük dağıntılara səbəb olan Yagi, Çində quruya düşməzdən əvvəl tədricən gücləndi. Fırtınanın yaratdığı küləklərin sürəti saatda 250 kilometrə çatıb.

Fırtına Filippində daşqınlara və torpaq sürüşməsinə səbəb olub. Ölkənin şimalında 13 nəfər ölüb, minlərlə insan təxliyə edilib.