AZ

Geosiyasi ümidlər və təxribatçı ADDIMLAR: “Ermənistan vaxt qazanmağa çalışır”

“Ermənistan, yenə də regionda və dünyadakı geosiyasi proseslərin nə zamansa onun xeyrinə dəyişə biləcəyinə ümid bəsləyərək, vaxt qazanmağa çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında yenidən gərginləşən Ermənistan-Azərbaycan münasibətlərinin sülh danışıqları prosesinə təsirindən danışan politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Ermənistanın regiondan kənar oyunçuların diqtəsi və təhrikçi davranışları ilə sülh müqaviləsinin imzalanması, bölgəyə davamlı sülhün gəlməsi istqiamətində göstərilən səylərə qarşı təxribatçı addımlar atdığı göz qabağındadır.

“Rəsmi İrəvanın istənilən təxribatın onun üçün daha acınacaqlı sonluqla nəticələnəcəyini hesablaya bildiyini düşünürəm. Görünən odur ki, Ermənistan, yenə də regionda və dünyadakı geosiyasi proseslərin nə zamansa onun xeyrinə dəyişə biləcəyinə ümid bəsləyərək, vaxt qazanmağa çalışır. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayanda da eyni cür düşünürdü. Nəticəsi isə göz qabağındadır. Bu baxımdan, sülh prosesinin uzunmüddətli olacağını düşünmürəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən forumdakı çıxışı zamanı sülh müqaviləsinin 80%-nin razılaşdırıldığını bildirdi. Bu çox ciddi bir göstəricidir və prosesin sürətlənməsinə zəmin yarada bilər”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

Seçilən
91
yenicag.az

1Mənbələr