AZ

Bəhlul Mustafazadənin SON DURUMU

Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadənin son durumuna aydınlıq gəlib.

Bu barədə İdman.bizə “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

O bildirib ki, 27 yaşlı müdafiəçi ötən gün Millətlər Liqası çərçivəsində Bakıda İsveç yığmasına qarşı mübarizə apardıqları matçda zədələnib: "Futbolçunun ayağında müəyyən problem yaranıb. Bu səbəbdən o, 1 həftə yaşıl meydandan uzaq qalacaq. Bəhlulun durumu ilə bağlı həkimlər qərar verdilər ki, bir müddət məşqlərdə də iştirak etməsin”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan-İsveç matçı 1:3 hesabla başa çatıb.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
160
idman.biz

1Mənbələr