"Euronews" telekanalı Bakının sentyabrın 13-dən 15-dək keçiriləcək Formula 1 yarışlarına hazırlığı ilə bağlı reportaj yayımlayıb.
"Minlərlə operator və könüllü yerli sakinlərə mane olmağı minimuma endirmək üçün çalışır, çünki yarış təxminən üç milyon insanın yaşadığı bir şəhərdə keçirilir və otellər tam doludur. 6 kilometrlik marşrut şəhərin mərkəzindən, Qız Qalası və İçərişəhər kimi ən məşhur görməli yerlərindən və mənzərəli Xəzər dənizi bulvarından keçir”.
"Euronews" xəbər verir ki, sentyabrın 13-dən 15-ə kimi demək olar ki, bütün mehmanxanaların tam bronlaşdırılacağı bildirildiyi üçün Bakıda çoxlu turist olacaq.
“Biletlərə artan tələbat təşkilatçıları trass boyunca əlavə sıralar əlavə etməklə oturacaq tutumunu 35 faiz artırmağa inandırır. Bir neçə min insan - məmurlar, könüllülər, polislər şəhər yarışının yerli sakinlərə təsirini azaltmağa çalışıblar. Təşkilatçılar həmçinin yarış təhlükəsizliyini artırmaq üçün yeni texnologiyalar tətbiq ediblər. Trass tez yığılıb sökülmək üçün nəzərdə tutulub ki, bu da yarış həftəsonu yolların bağlanmasını və tıxacları azaldır.
"Euronews" qeyd edir ki, Azərbaycan Qran-Prisinə hazırlıqlara 1500-ə yaxın əməkdaş, 2000-ə yaxın könüllü və 1400-dən çox marşal cəlb olunub.