Transfer dövrünün bitməsinə az qalmış \"Fənərbaxça\"da yeni hərəkətlilik müşahidə edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yeni yarımmüdafiəçi axtarışındadır.
Sari-mavililərin \"Qalatasaray\"ın keçmiş ulduzu Mario Lemina ilə yaxıdan maraqlandığı məlum olub.
Klubun, Premyer Liqa təmsilçisi \"Vulverhempton\"la 1 illik müqaviləsi qalan uğurlu futbolçunu transfer haqqı ilə heyətinə qatmaq istədiyi iddia edilib. Uzunmüddətli müqavilə təklif olunarsa, Leminanın Türkiyəyə qayıtmaq təklifinə müsbət baxdığı da yayılan xəbərlər arasındadır.
Aysel