AZ

Aydın Hüseynov: "Azərbaycan və İtaliya arasında yeni enerji mərhələsi başlayır"

“Azərbaycan  və İtaliya 30 ildən artıqdır ki, sıx əməkdaşlıq edir. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var”. 

Bu sözləri Hit.az-a millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır:

"Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru kəməri Balkan regionundan Adriatik dənizindən keçməklə, İtaliyanın Apuliya regionu sahillərinə çatır. Qaz boru kəməri texniki nöqteyi-nəzərindən obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xəttin keçdiyi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastrukturu təmsil edir.Ötən gün İtaliyanın “Eni S.P.A” şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti arasında imzalalan yeni sazişlər enerji əməkdaşlığınıda yeni səhifə açır və tərəflər təmiz enerjiyə keçidi və istixana qazlarının azaldılması sahəsində əməkdaşlıq edəcəklər".

Sevinc


 

Seçilən
55
hit.az

1Mənbələr