AZ

"Emmanuel Makron - Version IA"

Fransa Prezidenti Emmanuel Makron tək nüsxədə deyil. Cütdür.Makronu pərdəarxası qüvvələr yox... Fransa İT şirkətləri idarə edib hakimiyyət kürsüsünə qaldırıblar.Tənbəllik etməyin. “Futurs,High-tech” işarəli Fransa mətbuat bölümlərinə girin hərdən. Oradan sizə azca fərqli Makron, süni intellektin yaratdığı Makron göz vuracaq. Bu real yox, virtual Makronun müəllifi məşhur, əlc' zair mənşəli art-dizayner Anis Ayaridir. Ötən il “Twitch” sevisində o öz virtual Makronunu milyonların qarşısına çıxarıb. Bir gün ərzində virtual Makron bir milyon izləyicinin suallarına cavab verib.“Le Parisien” qəzetində mövzuyla bağlı geniş məqalə ilə tanış olsan;z, hə, bilərsiniz ki, mən yanılmıram bu ciddi ittihamlarımda. Real Makron əslində heç yoxdur da. Virtual Makron, süni intellektin idarə etdiyi Makron isə... Var! Və o daha realdır.Qısası, Makronun 2017-ci ildə Yelisey sarayına girməyi, əslində İT şirkətləri tərəfindən planlaşdırılıb. Reallaşdırılıb. Qarşımızdakı Fransa Prezidenti əslində özü heç bir qərar qəbul etmir. Sadəcə? süni intellektin alqoritmləri ilə printerdən çıxan qərarları, rəyləri imzalayır.Stalinin, Putnin, hətta Qorbaçovun da oxşarları olub. Ancaq süni intellekt təminatı olmayıb bu kserokopiyaların. Makron nümunəsində isə Fransa ilk dəfə süni intellekt modelini dövlət idarəetmə mexanizmində dominanta çevirib.Fransadakı son qarşıdurmalar da, iki fərqli İT şirkətləri ilə bağlıdır. İki fərqli süni intellekt cəbhəsində Fransada cəmiyyət, siyasət parçalanıb.Hansı süni intellekt mexanizmi ölkənin baş bilgisayarına köçürülücək? Deyəsən, Fransa bax bu iki fərqli robot arasında ilişib qalıb.Gəlin, bu toqquşmanın bütün xronikasını burada diqqətlə izləyək.May ayında Makron Fransanın aparıcı İT şirkətlərini Yelisey sarayında yığaraq elan edir - “Dünyada iki fərqli süni intellekt modeli dabanlarımıza basaraq bizi təqib edir - ABŞ süni intellekti, bir də Çininki. Biri biznes-projedir. Digəri dövlət sifarişi. Fransa bu iki modeli gərək özündə birləşdirsin”.Görüşdən dərhal sonra Makronun Çinə səfər edib. Danışıqların əsas mövzusu məhz, bax, bu Çin mənşəli süni intellekt ətrafında baş tutub. Makronun sonrakı - indiki Sebiya səfəri də süni intellektlə əlaqədardır. 2025-ci ildə Serbiya “Süni intellekt üzrə qlobal əməkdaşlıq” sammitinin sədri olacaq. Aleksandr Vuçiçlə Emmanuel Makron Serbiyanın Novıy Sad şəhərində keçirilən “Gənclik və süni intellekt” qurultayında məhz bu futuroloji mövzunu müzakirə ediblər. Gələn ilin 11-12 fevralında Parisdə keçirləcək “İT texnologiyaları və təhlükəsizlik” samimitinin gündəliyini müzakirəyə çıxarıblar.Adı çəkilən “Süni intellekt üzrə qlobal əməkdaşlıq” projesi Fransa ilə Kanadanın, Makronla Castin Trüdonun birgə projesiidir. Fransızdillidir. Unutmayaq, Ermənistan da “Frankafonoya” projesi çərçivəsində həmin o proqramın vacib nöqtəsi seçilib. GPİA adlanan bu proqramda deyəsən anti-Azərbaycan meyillər güclüdür. Fransanın ölkəmizə qarşı son düşmən münasibətlərini bəlkə də, bax, bu proqram çərçivəsindəki süni intellekt planlaşdırır.Hətta prezident İrəvana gələcək səfərinin tarixini - 21 sentyabr gününü də deyəsən, bax, bu ermənipərəst süni intellekt modelləşdirib.Təəccüblənməyin. Fransa İT şirkətlərinə erməni səhmdarları, lobbisi küllü miqdarda pul yatırıb. ASALA-filan artıq erməni diasporunda aparıcı qüvvə deyil. Ermənilər də bu sahədə güclü virtual modellər yaradaraq, anti-Azərbaycan siyasətlərini tam modernləşdiriblər. Rəqəmsal ediblər. Əməkdaşlıq həmin GPİA layihəsi çərçivəsindədir.Müasirləşək biz də. Keçək mövzunun bəzi vacib detallarına.Makron dövründə hazırlanmış dövlət idarəetmə modeli sırf riyazi ölçüləri ilə yaddaqalandır. Misal üçün, Nazirlər Kabineti gender bərabərliyi əsasında formalaşır. Kabinetdə mütləq yeddi qadın, yeddi kişi nazir təmsil olunmalıdır. Tərəzinin orta nöqtəsində isə biseksual qoşa - Baş nazirlə xarici işlər naziri dayanır. Siyasi gerçəklik bu bölgünü tam izah edir. Makronun sabiq baş naziri Qabriel Attali, xarici işlər naziri Stefan Süjerne, bax, həmin o biseksual cütlük idi. Hər iksinin iyul istefaları indi işarələdiyimiz o siyasi tərazılığı pozub.Makronun süni intellekti, necə deyərlər, olmayan başını itirib. Alqoritm pozulub.Fransa solçuları tərəfindən baş nazir kürsüsünə namizəd Lüsi Kastets də, diqqət edin, məhz “biseksual cütlük” standartına tam cavab verirdi. Lüsi Kastetsin “xanımla evliyəm” etirafı da görünür təsadüfü sayılmamalıdır. Fransa Nazirlər Kabineti modeli məhz bu cür tərəzi ilə bağlıdır, hə? Niyə?Çünkü süni intellekt mövzunu bu cür proqramlaşdırıb. Sırf riyazi qanunlarla, alqorimlə edib bunu. İndi bax bu proqramda qısa qapanmalar baş verir.Proqram, deyəsən “Conseil économique, social et environnemental”, qısaca “CESE” adlanan çox vacib bir Fransa qurumunda hazırlanıb. Bu ünvan Fransa Milli assambleyası və Senatından sonra ölkənin ən qüdrətli, azca gizli adresidir. Rəhbəri Tyerri Bode adlı gözəgörünməz kölgədir. “Le Figaro” qezetinin dünənlərdə yazdığına görə, Makron məhz bu uzun kölgə sahibini baş nazir görmək istəyir.Makronun süni intellekt proqramını da, deyilənlərə görə, məhz bu kölgənin “Conseil économique, social et environnemental (CESE)” ictimai şurası yaradıb.Axırmacalda, bəli, əsl gizli oyunçu həmişə oyuna atılmalıdır.Qərarı süni intelekt verib.P.S. “Defend Intelligence” telekanalında həmin süni intellekt Makronu Şarl Aznavurun səsi ilə nəğmələr oxutdurur. Saytlara girib bu mənzərəni yaxşıca izləyin. “Süni intellekt, Şarl Aznavur, Makron, ermənilər, şantaj, Anis Ayari” pazlından çalışın bir sxem qurun. Tapmaca bu nöqtədə açılacaq.

Seçilən
136
anspress.com

1Mənbələr