AZ

Kannavaro A Seriyasında çıxış edən futbolçulardan yalnız birini "Real"a layiq sayır

İtaliya millisinin və "Real Madrid"in sabiq müdafiəçisi Fabio Kannavaro hazırda İtaliya çempionatında top qovan futbolçular arasında Madrid nəhəngində və "Mançester Siti"də oynamağa layiq yalnız bir oyunçu olduğunu deyib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun sözlərini belə çatdırıb:

"Lautaro Martinesin səviyyəsinə şübhə edə bilməzsiniz. Martines son Amerika Kubokunun da qalibidir və həmişə "İnter"ə fayda verir. Ümid edirəm ki, A Seriyası və "İnter" onu heç vaxt itirməyəcək. Mən A Seriyasında top qovan oyunçulardan hansının "Real" və ya "Mançester Siti"də oynaya biləcəyi haqda düşünəndə ağlıma yalnız Lautaro gəlir, başqa heç kim".

Xatırladaq ki, ötən mövsüm "İnter" forması ilə bütün turnirlərdə 44 matça çıxan Martines 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
fanat.az

1Mənbələr