Rusiyanın Xalq artisti Alla Puqaçova və Maksim Qalkinin valideynlik hüququndan məhrum edilməsi xahiş olunur. Missiya.Az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.Bildirilib ki, ulduz cütlüyün daimi səyahəti səbəbindən fəallar Uşaq Hüquqları üzrə Ombudsmana müraciət ediblər.İctimai fəallar uşaq ombudsmanından xahiş ediblər ki, ailə Rusiyaya gələrsə, uşaqları valideynlərindən ayırıb rus məktəbinə köçürsün.Çünki Liza və Harri bu il İsrail məktəbinə qayıtmayıblar. Əvvəlcə valideynləri onları Kiprə aparıblar, sonra isə anaları ilə birlikdə Latviyaya köçüblər. Psixoloqların fikrincə, bu hərəkətlər uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.Leyla SƏMƏNDƏRMissiya.Az