AZ

12 min 350 məktəbi yüksək sürətli və təhlükəsiz fiber internetlə təmin etdik - Türkiyə lideri

"Türkiyə əsri üçün hədəfimiz sadəcə bir üfüq deyil, eyni zamanda bu əziz vətənin hər fərdinin gələcəyinə dair güclü bir öhdəlikdir".Missiya.Az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tədris ilinin açılışı, Təhsil Texnologiyaları Ar-Ge və Keyfiyyət Zirvəsi”ndə çıxışı zamanı deyib."Təxminən 3 aylıq yay tətilindən sonra ürəyində məktəb həyəcanı yaşayan bütün uşaqlarımızı sevgi ilə qucaqlayır, Allahdan hamısına böyük uğurlar diləyirəm. Allah bütün müəllimlərimizə də kömək olsun, yollarını açıq etsin. Şəhid müəllimlərimizi, 6 Fevral zəlzələlərində həyatını itirən müəllim və tələbələrimizi rəhmətlə anırıq", - Türkiyə lideri vurğulayıb.Ərdoğan bildirib ki, Türkiyədə 2002-ci ildə 540 min olan müəllimlərin sayı 1,2 milyona yüksəlib: "Xüsusi təhsilə ehtiyacı olan 1 milyon 200 min şagirdin evlərində, xəstəxanalarında və məktəblərində təhsil almasına şərait yaradırıq. 12 min 350 məktəbi yüksək sürətli və təhlükəsiz fiber internetlə təmin etdik. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında təhsildə texnoloji infrastrukturu tətbiqində ən üst sıralarda yer alırıq".

Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
missiya.az

1Mənbələr