AZ

"Mərmər İnşaat”ın yeni səhmlərini1 investor əldə etdi - HƏRRACIN NƏTİCƏSİ

4 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Mərmər İnşaat” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir. Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 6 sentyabr 2024-cü il tarixində yekunlaşmışdır.

Məlumata görə, 100 min manatlıq səhmlərə 1investor 1 sifariş təqdim edib. Səhmlər tam həcmdə yerləşdirilib. 

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Mərmər İnşaat” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001024491

Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı: 100 (ədəd)

İlkin ticarət qiyməti: 1 000 manat

Buraxılış həcmi: 100 000 manat

Hərrac qiyməti: 1 000 manat

Reallaşdırılmış həcm: 100 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 100,000 manat

İnvestor sayı: 1

Sifariş sayı: 1

Anderrayter: “Assist Finance İ.Ş” ASC

Mərmərİnşaat səhmlər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
marja.az

1Mənbələr