AZ

Zaur Həşimov: “Görünən odur ki, portuqaliyalı mütəxəssis..."

"İsveç millisi Bakıya revanş üçün gəlmişdi. Dünən ən azı bir xal qazanmalıydıq. Qarşılaşmanın ilk dəqiqələrindən də gördük ki, bu rəqibə qarşı oynamaq və məğlub etmək olar". Bu sözləri Sport24.az -a açıqlamasında Zaur Həşimov deyib.
 
Yığmanın sabiq üzvü Fernandu Santuşun komandanı matça hazırlaması üçüb çox az vaxtının olduğunu da vurğulayıb: "Oyun planında yığmamız pis oynamadı və qarşılaşmanın 60-cı dəqiqəsinədək yaxşı mübarizə apardı. Amma görünən odur ki, portuqaliyalı mütəxəssis futbol fəlsəfəsini futbolçularımıza tam aşılaya bilməyib. Onun komandaya cəmi 2 məşq keçmək imkanı olub. Futbolçular arasında da tam formada olmayanlar var ki, bu matçın gedişində özünü göstərdi. Düşünürəm ki, penaltini şansını qaçırmağımız oyuna təsirsiz ötüşmədi.  Psixoloji üstünlük rəqibin tərəfinə keçdi. Qol epizodlarından da yararlanmadıq. Rəqibi təzyiq altında saxlayıb qol vura bilməyəndə bəzən bu sənə baha başa gəlir. Biz də bu acını yaşadıq. Təəssüflər olsun  ki, Millətlər Liqasına məğlubiyyətlə başladıq".
 
Qeyd edək ki, yığma komandamız Millətlər Liqasının I turunda dünən "doğma divarlar" arasında İsveçə 1:3 hesabı ilə məğlub olub.  
 
ABDULLA İSMAYILOĞLU

Seçilən
94
sport24.az

1Mənbələr