NATO üzvü olan ölkələr Ukraynaya daha çox hərbi yardım göstərməlidir. Bolgə.TV xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirdiyi mətbuat konfransında deyib. “Ukraynanın indi daha çox hərbi dəstəyə ehtiyacı var. Müharibəyə son qoymağın ən sürətli yolu Ukraynaya daha çox silah verməkdir”, - deyə o qeyd edib. Blok ölkələrini Kiyevi dəstəkləməyə davam etməyə çağıran Stoltenberq Ukraynanın özünümüdafiə hüququna malik olduğunu təkrarlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta