Türkkiyənin “Göztəpə” klubu Paul Onaçu transferindən vaz keçib.
“Cebheinfo.az” xəbər verir ki, İzmir təmsilçisi futbolçunun istəksiz olması səbəbindən geri addım atıb.
Halbuki onun müqavilə ilə məxsus olduğu İngiltərənin Premyer Liqa təmsilçisi “Sauthempton” klubu ilə də razılıq əldə olunub. İzmir klubunun artıq başqa bir hücumçu axtarışına çıxdığı bildirilir.
Nigeriyalı futbolçu “Göztəpə”də oynamağa müsbət yanaşmadığı üçün tranfer reallaşmayıb. İngilis komandasının heyətində düşünmədiyi hücumçunun adı “Trabzonspor” ilə də hallanır.
Qeyd edək ki, Onaçunun dəyəri isə 15 milyon avrodur.