AZ

Bayden bu dəfə Cənubi Koreyanı Şimali Koreya ilə qarışdırdı


ABŞ Prezidenti Co Bayden yenidən səhvə yol verib və kompüter çiplərinin istehsalı ilə bağlı məsləhətləşmələr üçün Şimali Koreyaya səfər etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, onun çıxışı Amerika televiziya şirkətləri tərəfindən yayımlanıb.
“Mən burada (ABŞ-də) kompüter çipləri fabriklərinin açılması üçün Şimali Koreyadan Cənubi Koreyaya və digər ölkələrə qədər bütün dünyanı gəzmişəm”, - deyə Bayden Viskonsin ştatındakı çıxışında qeyd edib.
Qeyd edək ki, iyul ayında da Amerika lideri səhv edərək, Ukraynanı Uranla qarışdırmışdı.
Xatırladaq ki, 81 yaşlı Bayden ictimai çıxışlarında tez-tez müxtəlif səhvlərə yol verir. Bu isə onun əqli və fiziki qabiliyyətləri ilə bağlı müzakirələrə səbəb olur.
Seçilən
96
yeniavaz.com

1Mənbələr