AZ

İstanbulda boya fabrikində yanğın olub

Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Tuzla adlı ərazisində yerləşən 2 mərtəbəli boya fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə xilasedicilər, polis və təcili yardım qrupları cəlb edilib.

Yanğın zamanı xəsarət alan fəhlə xəstəxanaya aparılıb.

Bir müddət sonra yanğının qarşısı alınıb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
e-huquq.az

1Mənbələr