AZ

Kafeyə silahlı hücum : 1 nəfər yaralanıb

Kafeyə silahlı hücum : 1 nəfər yaralanıbKüçükçekmecedə kafeyə silahlı hücum olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə Küçükçekmece İnönü səmtində baş verib. Belə ki, 3 şübhəli düşmənçilik etdikləri şəxsin kafedə oturduğunu öyrənib. Onlar üzlərinə maska taxaraq kafeyə gəliblər.

Şübhəlilərdən biri qapını qoruyub. Digər 2 şübhəli içəri girərək düşmənlərinə dəfələrlə atəş açıb. Silahlı hücumdan sonra onlar hadisə yerindən qaçıblar. Kafedəkilər yaralıya ilkin tibbi yardım ediblər. Daha sonra hadisə yerinə təcili tibbi yardım və polis çağırılıb. Təcili tibbi yardım əməkdaşları yaralını təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıb. Polis silahlı şəxslərin tutulması üçün əməliyyat başladıb. İstintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
sonxeber.az

1Mənbələr