AZ

Corc Kluni və Bred Pitt Ocean's serialına qayıdırlar

Corc Kluni və Bred Pitt Ocean's serialına qayıdırlarMəşhur aktyorlar Corc Kluni və Bred Pitt Ocean's serialına qayıdırlar!

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə Ocean's Thirteen (2007) serialında rol alan ikili "Ocean's 14" serialında yenidən oynayacaqlar.

Hələlik rəsmi açıqlama verilməsə də, serialda Mett Deymon və Keysi Afflekin də yer alacağı iddia edilir.

Qeyd edək ki, Bred Pitt və Corc Kluni uzun illərdən sonra "Qurdlar" filmində oynayıblar. Filmin premyerası Venesiya Film Festivalında olub. Onlar Venesiya Film Festivalında 4 dəqiqəlik sürəkli alqışlarla qarşılanıb.

Hər iki aktyor qırmızı xalçanın müxtəlif tərəflərinə keçərək pərəstişkarlarına avtoqraf veriblər.

Yeni serialın dəqiq tarixi hələ açıqlanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
sonxeber.az

1Mənbələr