“iPhone 16 Pro”nun təqdimatına cəmi bir neçə gün qalıb və biz onun demək olar ki, bütün xüsusiyyətlərini bilirik. Daha əvvəl paylaşdığımız xəbərdə “iPhone 16 Pro” modellərində ultra geniş bucaqlı kameranın 48 Meqapikselə qədər artırılacağını bildirmişdik.

İndex.az xəbər verir ki, “iPhone” istifadəçiləri 0,5x bucaq, yəni ultra geniş rejimə keçdikdə ciddi fərq hiss edirlər.

Əsas kamera ilə müqayisədə, ultra geniş kameranın görüntü keyfiyyəti kifayət qədər fərqlidir. Xüsusilə zəif işıqda ultra geniş bucaqla çəkilmiş fotoşəkillər olduqca pis görünə bilər.

Kamera tətbiqindəki çiçək işarəsini bilirsinizmi? iPhone ilə obyektə çox yaxınlaşdığınız zaman bu işarəni görürsünüz, yəni telefonunuz makro rejiminə keçir. Sizin “iPhone” həmçinin ultra geniş bucaqlı kamerası ilə makro çəkilişlər edir.

Bu nöqtədə 12 meqapikseldən 48 meqapikselə keçid həm ultra geniş, həm də makro çəkilişləri yaxşılaşdıracaq. “İnstagram” başda olmaqla bir çox sosial media platformalarında geniş bucaqlı foto və videoları daha tez-tez görəcəyik.