AZ

ABŞ narahatdır: kosmik üstünlüyü itirə bilər

ABŞnin kosmik texnologiyada üstünlüyü əlavə sərmayə olmadan daralma riski ilə üzləşir.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Əməliyyatlar rəhbərinin müavini Maykl Getlein deyib.

“Bu gün biz büdcəmizdən maksimum istifadə edirik və Müdafiə Nazirliyində sabit büdcə görürük”,- o deyib.

Getlein qeyd edib ki, ABŞ kosmosa aktiv investisiya qoymağa başlamasa, imkanlardakı boşluq rəqiblərin xeyrinə olacaq.

ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frank Kendall isə bildirib ki, lazımi layihələri maliyyələşdirmək üçün ölkənin kosmik qüvvələrinin büdcəsi zaman keçdikcə iki, hətta üç dəfə artmalı olacaq.

Bundan əvvəl ABŞ-nin Respublikaçılar Partiyasının namizədi Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkədə Kosmik Qüvvələrin Milli Qvardiyasının yaradılacağını bəyan edib.

Ayşən

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
medianews.az

1Mənbələr