AZ

3 milyon insanın pulunu mənimsəyən dələduz Türkiyədə saxlanıldı - FOTO

Yüksək qazanc vədi ilə 4 milyard dollar mənimsəyən "Omega Pro" şirkətinin sahibi Robert Velghe sentyabrın 3-də İstanbulda saxlanılıb.

Publika.az xəbər verir ki, Robert VelgheKolumbiya, Meksika, Nikaraqua, Argentina, Çili, Honq-Konq, Sinqapur, İngiltərə, Fransa, Belçika, Nigeriya, Konqo da daxil olmaqla bir çox ölkədə dələduzluq edib.

Kriptovalyuta tətbiqindən istifadə edərək yüksək qazanc əldə edən insanlar bir müddət sonra etibar qazandıqca daha böyük məbləğlər yatırmağa başlayıblar. Lakin pullarını geri ala bilmədikdə, şirkətdən şikayət ediblər.

İstanbul Jandarma Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı sentyabrın 3-də şəxsiyyəti və yeri müəyyən edilən Robert Velgheyə qarşı birgə əməliyyat keçirib və o, saxlanılıb.

Qeyd edək ki, şirkət 2022-ci ildə ödənişləri dayandırıb və 2023-cü ildə tamamilə bağlanıb. Bundan əlavə, 3 milyon investorun aldadıldığı üzə çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
publika.az

1Mənbələr