“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne Erlinq Haland barədə danışıb. O, norveçli futbolçunun birgə oynadığı ən yaxşı hücumçu olub-olmadığı barədə suala cavab verib.
Futbolinfo.az xəbər verir ki, belçikalı onu fərqləndirib: “Bəlkə də elədir. Serxio Aquero ilə də bir-birimizi yaxşı başa düşürdük. Samuel Eto, Fernando Torres kimi əla hücumçularla oynadım. Onları müqayisə etmək çətindir. Amma Halandın ən məhsuldar olduğunu qeyd etməliyəm”.