AZ

Belçika bu sosial platformaya məhdudiyyət qoydu

Belçikanın Avropanın ən turistik şəhərlərindən biri olan Brügge, qısamüddətli yerləşdirməni təşkil edən "Airbnb" platformasına yeni obyektlər açmağı qadağan etməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və orta əsr memarlığı və kanalları ilə Avropanın ən turistik şəhərlərindən biri olan Brügge "overturizm"lə mübarizə üçün Airbnb-yə bəzi qadağalar qoymağa hazırlaşır.

Milli mətbuatda yer alan xəbərlərə görə, Brügge Bələdiyyəsi turistlərin çoxluğundan yerli əhalinin narahatlığı səbəbindən məşhur qısamüddətli yerləşdirmə platforması Airbnb-nin mövcud obyektlərinə yeni obyektlərin əlavə edilməsinə icazə verməmək qərarına gəlib.

Belçikanın Qərbi Flandriya bölgəsinin paytaxtı Brugge şəhərinin turizm ofisindən alınan məlumata görə, 2023-cü ildə 120 min əhalisi olan şəhərə gündə orta hesabla 27 min 500 turist gəlib.

Seçilən
59
3
cebheinfo.az

4Mənbələr