II Liqada 1-ci tur geridə qalıb.
Çempionatın favoritlərindən sayılan "Şahdağ Qusar" Şamaxıda "Dinamo"nu qəbul edib.
Matç nominal ev sahiblərinin böyük üstünlüyü şəraitində keçib. Elnur Abdullayevi sükan arxasına gətirmiş şimal təmsilçisi elə ilk hissədə 3 xalın taleyini həll edib.
Famil Camalov dubla imza atıbsa, digər qolu Mehdi Rəsulov vurub. "Şahdağ" fasilədən sonra da hücumlarını davam etdirib.
Qonaqların müdafiə xəttini yarmağa çətinlik çəkməyən qusarlılar yalnız Elmin Qaçaylı "səddinə ilişib".
23 yaşlı qapıçı azı 3-4 epizodda "polislər"i xilas eləyib. "Dinamo"nun belə fürsətlərinin sayı isə ikini keçməyib. Onda da top "çərçivə"yə getməyib.
SPORTİNFO.AZ
Şamaxı OİK stadionu. 20 tamaşaçı Baş hakim: Səbuhi Bayramov Baş hakimin köməkçiləri: Rasim Axundov, Aydın Bəxşiyev Dördüncü hakim: Murad Səlimov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Eldəniz Musayev Sarı vərəqə: Famil Camalov, 42 (qeyri-idman hərəkəti) Qollar: Famil Camalov, 16; 45+2 (p.); Mehdi Rəsulov, 38 Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq. | | |
“Şahdağ Qusar” 12. Rafiq Kərimov 15. Nodar Məmmədov 14. Rahid Əmirquliyev (k) 88. Mehdi Rəsulov (17. Emin Quliyev, 61) 11. Tural Qurbatov 19. İlyas Səfərzadə 70. Ruslan Hacıyev (7. Salman Atluxanov, 77) 9. Famil Camalov (21. Ruslan Ağalarov, 61) 4. Rubin Seyidov (6. Vüsal Hüseynov, 77) 71. Cavid Quliyev (38. Said Əliyev, 67) 77. Ədilxan Qarəhmədov Ehtiyat oyunçular: 1. Babək Allahverdiyev 99. Elmar Əzizov 8. Fərman Qənbərov 44. Afin Bağırov 10. Mehman Məsimov 30. İlkin Mikayılov 55. Firuz Əhmədov Baş məşqçi: Elnur Abdullayev | “Dinamo” 12. Elmin Qaçaylı 6. Ramal Əhmədov 3. Nicat Əskərov 20. Valeh Seyidov (k) 14. Əlisa İsayev 10. Ziya Məmmədli 7. Əkbər Səfərzadə (2. Nihad Mahmudzadə, 53) 8. Uğur Sayıllı (80. Elvin Əliyev, 86) 17. Fizuli Dəmirov 44. Əli Məmmədli (18. Aydın İsxanzadə, 38) 88. Aqil Hüseynzadə Ehtiyat oyunçular: 24. Elvin Məmmədov 22. Fərid Quliyev 5. Cavad Məmmədov 4. Qürbət Əhmədov 99. Kənan Əlizadə Baş məşqçi: İsmayıl Vəkiliqazicahani | |
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.