Bu gün Ermənistanın Lori vilayətində İran şirkəti tərəfindən tikilən körpünün açılışı olub
Adalet.az xəbər verir ki, İranın səfiri və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri körpünün açılışında iştirak ediblər .
Daşqın nəticəsində dağılan, daşqından zərər çəkmiş bölgədə tikilən körpünün açılışında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və İranın Ermənistandakı səfiri Mehdi Sobhani də olub..
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə , körpü Alaverdi şəhərinin Sanahin stansiyası rayonunda inşa edilib. (Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Sanain kimi qeyd edilir)
Qeyd edək ki, Ermənistan rəsmilərinin verdiyi məlumatda deyilir ki, bu ilin may ayında Ermənistanın Lori rayonunun 6 genişləndirilmiş icmasının 1140 sakini daşqınlardan zərər çəkib. 20 körpü qismən zədələnib, 4 avtomobil körpüsü isə tamamilə dağılıb
Əntiqə Rəşid