AZ

“Rabitəbank” ASC Asiya İnkişaf Bankının “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub

Asiya İnkişaf Bankının keçirdiyi “Trade and Supply Chain Awards 2024” müsabiqəsində Rabitəbank ASC “Leading Partner Bank in Azerbaijan” nominasiyası üzrə qalib olub.

 

3 sentyabr 2024-cü il tarixində Sinqapurda 10-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlər üzrə təmsil olunan bankların fəaliyyəti Asiya İnkişaf Bankı tərəfindən hərtərəfli qiymətləndirilərək, mükafatlandırılıb.  

 

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov müsahibəsi zamanı ki, “Bu nüfuzlu mükafat bankın Azərbaycanda “Rahat bankçılıq!” missiyasının inkişafı istiqamətində atdığı addımların və əldə etdiyi uğurların beynəlxalq səviyyədə təsdiqinin göstəricisidir. Bu beynəlxalq mükafat münasibətilə müştərilərimizi, tərəfdaşlarımızı və əməkdaşlarımızı təbrik edirəm”, - deyə, vurğulayıb.

 

Qeyd edək ki, “Rabitəbank” ASC və Asiya İnkişaf Bankı (AİB) arasında “Ticarətin Maliyyələşdirilməsi üzrə Zəmanət Mexanizmi”nə dair əməkdaşlıq müqaviləsi mövcuddur. AİB ilə əməkdaşlıq Rabitəbankın ticarətin maliyyələşdirilməsi əməliyyatlarını gücləndirmək və müştərilərinə təkmil xidmətlər təklif etmək məqsədi daşıyır. Bu strateji tərəfdaşlıq beynəlxalq ticarət fəaliyyətlərini genişləndirmək üçün zəruri maliyyə alətləri ilə təmin etməklə biznesi dəstəklədiyini nümayiş etdirir.

 

 

Hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
14
sfera.az

10Mənbələr