AZ

Rusiya alternativlər axtarır – Ölkə sanksiyalardan necə yayınmaq istəyir?

“Amerikalı “həmkarlarımızın” səylərinə baxmayaraq, ölkəmiz yeni çağırışın öhdəsindən gələcək və alternativ maliyyə sisteminin qurulması məqsədinə doğru irəliləyəcək”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın sanskiyalardan necə yayınmalı olduğu ilə bağlı fikirlərini səsləndirən “BusinessDrom” agentliyinin prezidenti Arseni Poyarkov deyib.
Onun sözlərinə görə, Rusiya xarici iqtisadi fəaliyyət və alternativ kapital bazarlarına çıxış çərçivəsində əməliyyatların alternativ yollarını axtarmağa məcburdur.

“Dövlət bunu görünməmiş sanksiyalar şəraitində edir. Nəticədə iqtisadiyyatımız üçün əlavə xərclər və standart əməliyyatların aparılmasında tamamilə gözlənilməz problemlər yaranır.
Hazırda Çin, Hindistan, Cənub-Şərqi Asiya ölkələri, Asiya və Afrikanın digər ölkələri ilə ticarət dövriyyəsi artaraq rekord statistikalara çatıb. Lakin bir çox beynəlxalq əməkdaşlıqlarda Rusiya bankları və şirkətləri ilə işləməyə çəkinirlər. Çünki Avropa və ABŞ ilə işləyərkən yaranacaq problemlərdən qorxurlar”, – deyə o qeyd edib.

O əlavə edib ki, Qərbin maliyyə sisteminin mahiyyəti digər ölkələrə təzyiq üzərinə qurulub.
“Bütün dünyada öz qaydalarının yaradılması əsas məqsədlərindən biridir. Bu model isə dayanıqlı deyil. Eyni zamanda, qlobal cənub ölkələrinin maraqlarını qarşılamır. Nəticə etibarilə alternativ maliyyə və ödəniş sisteminin, onun tənzimlənməsi prinsiplərinin formalaşdırılması bütün ölkələr üçün prioritet məsələdir.

Rusiya müəyyən mənada bu prosesin önündə getməyə məcbur oldu. Amerikalı “həmkarlarımızın” səylərinə baxmayaraq, ölkəmiz yeni çağırışın öhdəsindən gələcək və alternativ maliyyə sisteminin qurulması məqsədinə doğru irəliləyəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
104
yenicag.az

1Mənbələr