AZ

Rafa Mir ittiham edildiyi cinsi təcavüz iddiasını cavabladı

“Valensiya”nın ispan hücumçusu Rafa Mir iki qadına qarşı cinsi təcavüz ittihamı ilə bağlı iddianı cavablayıb.

Arena.az “La Sexta” dərgisinə istinadən məlumat verir ki, ispan futbolçu bu barədə, həbsdən azadlığa müvəqqəti buraxıldıqdan sonra danışıb:

“Mən yaxşıyam və vaxtı gələndə bu barədə hər şeyi danışacağam. Bilirsiniz ki, mənim belə bir məqamla bağlı fəsadımlarım yoxdur”, deyə Mir vurğulayıb.

Əlavə edək ki, Rafa Mir “Valensiya”da icarə əsasında çıxış edir. Futbolçunun transfer hüquqları “Sevilya”ya məxsusdur.

Daha əvvəl, Rafa Mirin evində keçirilmiş şənlikdə iki qadına qarşı cinsi təcavüzdə iştirakı səbəbindən həbsə alındığı haqda məlumat yayılmışdı. “Valensiya” da öz növbəsində bu məlumat əsasında ədalətin bərqərar olması üçün hüquq-mühafiə orqanları ilə əməkdaşlığa hazır olduğunu rəsmən bəyan etmişdi. Həmçinin Rafa Mir ilə birlikdə qadınlara qarşı çirkin əməldə iştirak etdiyi iddia edilən daha bir kişinin saxlanıldığı haqda daha əvvəl məlumat verilmişdi.

Hazırda Rafa Mir azadlıqdadır, amma məhkəmə futbolçunu müəyyən şərtlər altında, iddia ilə bağlı təhqiqat başa çatana qədər azadlığa buraxıb.

Seçilən
109
arena.az

1Mənbələr