Gürcüstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin və digər vəzifəli şəxslərin həbsinə dair orderini dəstəkləyən Avropa Şurasının bəyannaməsinə imza atıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənəd Avropa Şurasının saytında yayımlanıb.
Mətbuat xidmətinin məlumatına görə, bəyannamədə Ukraynadakı münaqişə ilə bağlı ən vacib məsələlərin həllinin əsasları öz əksini tapıb.
Sənədi Litvanın sədrliyi ilə keçirilən iclasda Avropa Şurasına üzv və müşahidəçi dövlətlərin ədliyyə nazirləri qəbul edib. Sənəddə sadalanan prinsiplər tövsiyə xarakteri daşıyır.
Qeyd edək ki, bu bəyanat Avropa Komissiyasının vitse-prezidenti Vera Jourovanın iştirakı ilə razılaşdırılıb. Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya isə sənədi dəstəkləməyib.
Həmin bəyanatda üzv və müşahidəçi olan dövlətlərin siyahısını sizlərə təqdim edirik:
Albaniya, Andorra, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova Respublikası, Monako, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya, Birləşmiş Krallıq Amerika ştatları.
Bizim.Media