"Mançester Siti"nin kapitanı Kevin De Brüyne oyunlarının sayının artmasından və təqvimin sıxlığından şikayət edib.
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən belçikalı yarımmüdafiəçi futbol qurumlarının yalnız pulu düşündüyünü bildirib:
"Ounların sayı getdikcə artır. Problem Klublararası Dünya Çempionatı bitdikdən sonra ortaya çıxacaq. Bu turnirin finalı ilə Premyer Liqanın startı arasında cəmi 3 həftə var. İstirahət etmək və növbəti mövsümdə oynayacağımız 80 matça hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq. Bu vəziyyət FIFA və UEFA-nı maraqlandırmır. Onlar yalnız pulu düşünür".
saytlarin hazirlanmasi