AZ

Kannavaronun "Qızıl top"a namizədləri

İtaliya yığmasının sabiq üzvü Fabio Kannavaro "Qızıl top" mükafatına əsas namizədlərin adlarını çəkib. Matc.az xəbər verir ki, keçmiş müdafiəçi iki futbolçudan birinin mükafata layiq görüləcəyini düşünür. 2006-cı ildə "Qızıl top" qazanan Kannavaronun namizədlərinin hər ikisi Madrid “Real”ının üzvüdü. Söhbət braziliyalı hücumçu Vinisius Junior və ingilis yarımmüdafiəçi Cud Bellinqemdən gedir. Sabiq “Real”lı açıqlamasında Madrid klubunun fransalı futbolçusu Kilian Mbappenin də namizəd olduğunu, lakin onun qədər də yaxşı mövsüm keçirmədiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
matc.az

1Mənbələr