AZ

Dilan Polatdan sonra əri də azadlığa buraxılıb

Yayımlandı: 6 Sentyabr 2024 17:11 Prokurorluq məhkəmənin qərarına etiraz edib Türkiyədə çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs olunan sosial media fenomeni Dilan Polatın ardınca əri Engin Polat da azadlığa buraxılıb. Anadolu 2-ci Asliye Cəza Məhkəməsi Engin Polat, qardaşı Alper Kürşat Polat və atası Sezgin Polatın istintaq müddətində sərbəst qalmasına qərar verib. Məhkəmə istintaq dövründə təqsirləndirilən şəxslərin ölkədən çıxışına qadağa qoyub. “Enginə deyirdim ki, inşallah, həbsdən çıxacaqsan. Çünki bunlar hamısı böhtan və qarayaxmadır. Türk ədalətinə çox təşəkkür edirəm. 10 aydır ki, bir-birindən ayrı düşən ailəmiz, nəhayət, birləşdi”, – Dilan Polat jurnalistlərə açıqlamasında deyib. Məhkəmə qərarından sonra İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu Engin Polat və digər şəxslərin sərbəst buraxılmasına etiraz edib. 2023-cü il noyabrın 1-də mərkəzi İstanbul olan 6 vilayətdə aparılan əməliyyatlarda Dilan Polat və əri Engin Polat da daxil olmaqla 24 şübhəli saxlanılıb. Polat cütlüyü “təşkilat qurmaq”, “cinayət nəticəsində əldə edilmiş əmlakı yumaq” cinayətləri, həmçinin “Futbol və digər idman növlərində da mərc oyunlarının və şans oyunlarının təşkil edilməsi haqqında” qanunu pozmaqda ittiham olunur. Onların hər birinə 40 ilə qədər həbs cəzası istənilib. Dilan və Enginin sözügedən bəndlərlə ittiham edilməsi və hər birinin 20 ildən 40 ilə qədər həbsi tələb olunub. Dilan Polat 2024-cü il avqustun 19-da istintaq dövrü müddətində sərbəst buraxılıb. Meydan TV

Seçilən
197
xural.com

1Mənbələr