AZ

Lənkəranskidən "oğru" adını almaq istəyən avtoritet saxlanıldı - TƏFƏRRÜAT

Kutaisi “oğru” qrupunun “boslarından” biri, kriminal aləmdə “Sopotiya” kimi tanınan 67 yaşlı “qanuni oğru” Amiran Sopromadze Türkiyənin Trabzon şəhərində saxlanılıb.Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya rəsmi olaraq tələb etməsə də, Türkiyə saxlanılan şəxsi təhvil verməyə hazırlaşır.Hər bir “oğru” kimi, Sopotiyanın da canlı və zəngin tərcümeyi-halı var. O, ötən əsrin səksəninci illərdə Rusiyanın Volqoqrad vilayətində və Altayda cəzaçəkmə müəssisələrində cəza çəkib.Onun barəsində maraqlı və az bilinən fakt budur ki, 1983-cü ildə Sinataşvili ilə birgə Gürcüstan SSR Ali Məhkəməsi tərəfindən Abaşada Makalatiya ailəsindən pul tələb etdiklərinə görə məhkum ediliblər.1989-cu ildə Krasnodar yaxınlığında, Sopotiya sükan arxasında yuxuya gedib və “qanuni oğru” Temur Xatiskatsinin ölümündə günahkar olub. Maşında daha iki “oğru” olub: Dato Qabelaşvili və Sopotiyanın əmisi oğlu Murman Ququtsidze.Sopotiya bir müddət Moskvada yaşadıqdan sonra yenidən Türkiyə, Polşa və Türkiyədə yaşayıb.Qeyd edək ki, Amiran Sopromadze “Şakro Molodoy” həbsdən çıxandan sonra İrəvanda təşkil etdiyi “skodka”da iştirak edib. Burada “oğru”ların məqsədi mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskidən tacın alnması olub.

Seçilən
85
4
dia-az.info

5Mənbələr