AZ

BASDALADIĞIMIZ DAMARLAR... - “Qırmız cizgi” söhbəti lətifəyə çevrilib...

“Qırmız cizgi” söhbəti lətifəyə çevrilib, müxtəlif liderlər bu barədə kimlərisə xəbərdar etsələr də, “qırmızı çizgilər” aşılır da, yanından da keçilir. ABŞ-ın keçmiş prezidenti Barak Obama Suriya lideri Bəşər Əsədi xəbərdar edirdi ki, o kimyəvi silahdan istifadə etsə, bu Vaşinqton üçün “qırmızı çizginin” keçilməsi olacaq. Əsəd kimyəvi silahdan rəqiblərinə qarşı istifadə etdi, Suriyanın bəzi məntəqələrdə zəhərlənmədən ölənlər oldu, Obama “qırmızı cizgini” aşan Əsəd cəzalandırmadı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl deyib ki, “ABŞ Rusiyanın “qırmızı cizgilərini” aşmamalıdır”. ABŞ Ukraynaya hərbi texnika və raketlər göndərib və Kiyev bu silahlarla Rusiyaya qarşı savaşmaqdadır, beləcə Kremlin “cizgiləri” aylardır aşılıb. Moskvanın Vaşinqtonu cəzalandıracaq yeganə aləti nüvə silahıdır ki, Kreml bu haqda çox danışsa da, düyməyə basmayacaq. Növbəti “qırmızı cizgi” söhbətini Tehran atıb ortaya. İranın mühafizəkar dairələri hər dəfəsində Zəngəzur dəhlizi üçün “qırmızı cizgi” ifadəsini işlədirlər. Yəni demək istəyirlər ki, Azərbaycan, Ermənistan, Türkiyə, hətta Rusiya İranın “qırmızı cizgizini” nəzərə alaraq Zəngəzur dəhlizini reallaşdırmamalıdırlar. Zəngəzur dəhlizi mövzusu Azərbaycanla Ermənistanın daxili işidir, Bakı İrəvanla razılaşdıqdan sonra Tehranın məntiqsiz “qırmızı cizgiləri” asanlıqla aşılacaq.Elxan Şahinoğlu - Dia-az.İnfo

Seçilən
138
dia-az.info

1Mənbələr