AZ

AMQF QHT-lərlə əlaqədar bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi təşəbbüslərinə dair ictimai dinləmə keçirib

Bu gün Azərbaycan Milli QHT Forumunda (AMQF) QHT-lərlə əlaqədar bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi təşəbbüslərinə dair QHT-lərin ictimai dinləməsi təşkil olunub. 
AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycanın qarşısında yeni çağırışlar var, QHT-lərlə əlaqədar qanunvericilik aktlarında da bu məqamların nəzərə alınmasına ehtiyac yaranıb. R.İskəndərli onu da deyib ki, müzakirələr silsilə şəklində olacaq. İlkin olaraq, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu ilə əlaqədar dinləmələr olub.
AMQF tərəfindən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri də görüşə dəvət olunub.
Azərbaycan Milli QHT Forumu qaldırılan, müzakirə olunan məsələlərlə əlaqədar qeydləri və təklifləri aidiyyəti dövlət qurumlarına məktublarla göndərməyi planlaşdırır.

phrase_var_article.chosen
137
1
qht.az

2phrase_var_article.sources