“Taliban” hərəkatı Qırğızıstan Respublikası ərazisində qadağan olunmuş təşkilatlar siyahısından çıxarılıb.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
Qeyd olunub ki, bu qərar ölkənin səlahiyyətli dövlət orqanları tərəfindən diqqətlə nəzərdən keçirilib.
“Bu qərar regional sabitliyin möhkəmləndirilməsi və dialoqun davam etdirilməsi məqsədi daşıyır. Qırğızıstan Respublikası Əfqanıstanda və bütövlükdə regionda sabitliyin və sülh mühitinin təmin edilməsinə yönəlmiş beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə sadiqdir”, - məlumatda vurğulanıb.