“Lill”dən ayrılan Yusuf yazıcı hazırda azad agent statusundadır.
Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin futbolçusuna “Mançester Yunayted”, “Tottenhem”, “Nyukasl”, “Vest Hem”, “Milan”, “Latsio” və “Qalatasaray” klubları maraq göstərir. 27 yaşlı yarımmüdafiəçi isə qərarını hələ də açıqlamayıb.
Təcrübəli futbolçu “Lill”dən əvvəl “Trabzonspor” və ÇSKA (Moskva) komandalarında da çıxış edib.