Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı başlayandan bəri Rusiyanın ölən və yaralanan əsgərlərinin sayı 6 minə çatıb.
Azpost.info xəbər verir ki, bunuUkrayna prezidenti Vladimir Zelenski ölkənin müdafiəsi üzrə təmas qrupunun “Ramşteyn formatı”nda görüşündə bildirib ki,
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu sərhəd bölgəsindən Sumiyə yeni hücuma hazırlaşırdı.
“Biz oyunu tərsinə çevirdik və əks-hücumumuz sayəsində müharibəni Rusiya ərazisinə keçirdik. Bu gün biz Kursk bölgəsində 1300 km²-dən çox əraziyə nəzarət edirik. Bura 100 yaşayış məntəqəsi daxildir”, – Zelenski deyib.
Zelenski qeyd edib ki, bu ərazinin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin yaxınlaşdığını görəndə rus qoşunları tərəfindən tərk edilib, digər hissəsi isə döyüşlər zamanı nəzarətə götürülüb.
Azpost.info